Bakı. Trend:
Çərşənbə axşamı Braziliyanın baş prokuroru Paulu Qonet keçmiş prezident Jair Bolsonaru və daha yeddi nəfəri dövlət çevrilişinə cəhddə ittiham edib.
Trend-in "Globo"ya istinadən verdiyi xəbərə görə, Qonet bildirib ki, “Bolsonaru təkcə çevriliş planından əsas faydalanan şəxs deyil, həm də demokratiyanı sarsıtmağa çalışan cinayətkar təşkilatın lideri idi”.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında keçirilən prezident seçkilərinin ikinci turunda Luiz İnasio Lula da Silva Bolsonaroya qalib gəlmişdi. Lakin Lula da Silvanın andiçməsindən sonra Bolsonarunun tərəfdarları parlamentə, Ali Məhkəməyə və prezident iqamətgahına hücum etmişdilər. Bu hadisə dövlət çevrilişinə cəhd kimi qiymətləndirilərək prokurorluq tərəfindən araşdırmaya cəlb olunmuşdu.
Bolsonaru və onun tərəfdarlarının məhkəmə prosesinin sentyabrın 12-dək davam edəcəyi gözlənilir.