...

Suriyada avtobus qəzasında azı 12 nəfər həlak olub

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın şimal-şərqində baş verən ağır yol qəzası nəticəsində uşaqlar da daxil olmaqla azı 12 nəfər həyatını itirib.

Trend-in SANA agentliyinə istinadən verdiyi məlumata görə, Əş-Şəddədə–Həsəkə avtomobil yolunda yanacaq daşıyan tanker avtobusla toqquşub. Hadisə nəticəsində ölən və yaralananlar olub.

Suriya Mülki Müdafiə Xidmətinin son açıqlamasına görə, ilin əvvəlindən ölkədə 1 500-dən çox yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 80-dən çox insan həlak olub.

Xəbər lenti

Xəbər lenti