...

Türkiyədə lüks yaxta suya endirildikdən 15 dəqiqə sonra batıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 07:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonu sahillərində tikintisi tamamlanan 40 milyon lirə (təqribən 1 milyon 700 min manat) dəyərində lüks yaxta suya salındıqdan cəmi 15 dəqiqə sonra batıb.

Trend-in məlumatına görə, inşası beş aya başa çatan yaxta sahildən 200 metr aralıda batıb. Hadisə zamanı yaxtanın sahibi, iki heyət üzvü və kapitan üzərək sahilə çıxıb.

İlkin ehtimala görə, batmaya mühəndislik səhvi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti