...

Böyük Britaniyada dövlət borcunun xərcləri rekord həddə çatıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 08:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökumətinin borc xərcləri 1998-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb və bu, büdcə öncəsi maliyyə naziri Reyçel Rivzə təzyiqləri artırıb.

Trend-in BBC-yə istinadla verdiyi xəbərə görə, 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,698 faizə yüksəlib. Bu isə hökumət üçün borc götürməyi daha da bahalı edir. Analitiklər hesab edirlər ki, büdcə qaydalarına əməl etmək üçün R.Rivz ilin sonuna planlaşdırılan büdcədə vergiləri artırmaq məcburiyyətində qala bilər.

Valyuta bazarında da funt-sterlinq zəifləyib. Çərşənbə axşamı səhər saatlarında dollar qarşısında 1 faizdən çox dəyər itirən funt $1,3379-a enib ki, bu da avqustun 7-dən bəri ən aşağı göstəricidir.

Borc xərclərinin artması yalnız Britaniyada deyil, Almaniya, Fransa və Niderlandda da müşahidə olunur. Bu ölkələrin 30 illik istiqraz gəlirlilikləri 2011-ci ildən bəri ən yüksək həddə çatıb.

Mütəxəssislərin fikrincə, qlobal borclanma xərclərinin artmasına geosiyasi gərginliklər, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti və Fransada hökumətə qarşı etimad səsverməsi kimi risklər təsir göstərir.

Xəbər lenti

Xəbər lenti