Bakı. Trend:
İngiltərədə uşaqlar arasında geniş yayılmış artıq çəki, təşviş və yuxu pozuntusu kimi halların qarşısını almaq məqsədilə16 yaşına qədər olan şəxslərə populyar enerji içilərinin satışı qadağan ediləcək.
Trend xəbər verir ki, bu barədə “Independent” yazır.
Məlumata əsasən, tərkibində hər litrə 150 milliqramdan çox kafein olan “energetiklər” daha uşaq və yeniyetmələr üçün əlçatmaz olacaq. “Red Bull”, “Monster”, “Relentless” və “Prime” kimi məşhur brendlərin bu kateqoriyaya düşdüyü bildirilir.
Leyborist hökumət bu qadağanın 40 minə yaxın uşaq arasında artıq çəki probleminin, eləcə də, uşaqlar arasında yuxu pozuntusu, təşviş, konsentrasiyanın pozulması, məktəbdə aşağı nəticələr kimi problemlərin qarşısını almağa kömək edəcəyinə ümid bəsləyir.