Bakı. Trend:
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Preddvor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.