...

“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri icra olunub

Cəmiyyət Materials 3 Sentyabr 2025 10:51 (UTC +04:00)
“ASCO istiqrazları” üzrə növbəti faiz ödənişləri icra olunub

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO 2023-cü ildə tədavülə buraxdığı ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazlar üzrə növbəti kupon ödənişlərini uğurla icra edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, budəfəki ödəniş çərçivəsində investorların bank hesablarına ümumilikdə 3 milyon ABŞ dolları köçürülüb.

Qeyd edilib ki, ötən ay ASCO-nun 2024-cü ildə emissiya etdiyi ümumi həcmi 50 milyon ABŞ dolları təşkil edən istiqrazlar üzrə də nöbəti kupon ödənişi həyata keçirilmiş və investorlar 1,5 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdilər.

“ASCO istiqrazları”nın hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır. Həm 2023-cü ilin 3 mart, həm də 2024-cü ilin 23 fevral tarixlərində dövriyyəyə buraxılmış istiqrazlar 5 illik müddətə emissiya olunub. İstiqrazların illik gəlirliliyi 6% təşkil edir, faiz ödənişləri isə ildə iki dəfə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti