Bakı. Trend:
Hindistanın Pəncab ştatında Sutlec, Bias və Ravi çaylarının daşmasın nəticəsində meydana gələn sellərdə azı 30 nəfər həyatını itirib.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata əsasən, sentyabrın 1-dən etibarən bölgədə ümumilikdə 1400-ə yaxın kənd və qəsəbə su altında qalıb. Təbii fəlakət zonasından 20 minə yaxın sakinin təxliyə olunduğu xəbər verilir.
Daşqınlar eyni zamanda bölgənin kənd təsərrüfatı sektoruna ağır zərbə vurub, məhsul yığını ərəfəsində tarlalar sel suları altında qalıb.
Qeyd edək ki, avqust ayında Pəncab ştatının ərazisinə rekord 353,7 mm yağıntı düşüb. Bu normal göstəricidən 74 faiz çoxdur.