Bakı. Trend:
Cari ilin iyul ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,529 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, iyun ayının sonu ilə müqayisədə 25,8 milyon manat və ya 1,7%, ötən ilin eyni dövrünə nisbətən isə 13,1 milyon manat və yaxud 1% çoxdur.
Qeyd edək ki, bu ilin iyulun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,056 milyard manat təşkil edib. Bu isə bir ay əvvəlki göstərici ilə müqayisədə 87,9 milyon manat və ya 0,6% azalma, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən isə 1,1 milyard manat və yaxud 8,2% artım deməkdir.