...

Müdafiə naziri Vyetnam HDQ Komandanlığında olub (FOTO)

Siyasət Materials 3 Sentyabr 2025 12:23 (UTC +04:00)
Müdafiə naziri Vyetnam HDQ Komandanlığında olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər abidəsi” və Prezident “Ho Chi Minh” mavzoleyi ziyarət edilib, əklillər qoyulub.

Daha sonra müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb.

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti