Bakı. Trend:
Türkiyə Aviasiya Qurumu¬na məxsus “Cessna-172” tipli təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həyatını itirib.
Trend xəbər verir ki, Selçuk Efes Hava Limanından təlim üçün havaya qalxan təyyarə İzmirin Torbalı rayonunun Kırbaş kəndində qarğıdalı tarlasına düşüb.
Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.