...

Pakistanda partlayış olub, ölənlər var

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 11:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində stadionun qarşısında partlayış baş verib.

Bu barədə Trend Pakistan KİV-ə istinadən xəbər verir.

Terrorçu-kamikadzenin üzərindəki partlayıcı kəməri işə salması nəticəsində baş vermiş partlayışda 13 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Terrorçuların hücumda millətçi Baloçistan Milli Partiyasını rəhbərliyini hədəfə aldığı güman edilir. Belə ki, partlayış partiya rəhbərliyinin tərəfdarlarla görüşünün başa çatdığı əsnada baş verib.

Hadisə nəticəsində partiya sədri Axtar Minqal hər hansı xəsarət almasa da, onun bəzi tərəfdarlarının ölənlər arasında yer aldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti