...

İslandiya – Azərbaycan oyunu niderlandlı hakimlərə tapşırılıb

İdman Materials 3 Sentyabr 2025 12:51 (UTC +04:00)
İslandiya – Azərbaycan oyunu niderlandlı hakimlərə tapşırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Trend xəbər verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda təşkil olunacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti