...

Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verərək onun Ukraynadakı müharibəsini maliyyələşdirir - Fikrət Yusifov

Siyasət Materials 3 Sentyabr 2025 11:22 (UTC +04:00)
Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verərək onun Ukraynadakı müharibəsini maliyyələşdirir - Fikrət Yusifov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın “idxal-ixrac sxemləri” göstərir ki, bu ölkə məhsulların idxal və ixracı adı altında əslində, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün zəruri olan məhsulları digər ölkələrdən idxal edərək, sonradan onları başqa məhsul adları altında Rusiyaya ixrac edir.

Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə deyib.

O bildirib ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibədə üzləşdiyi sanksiyalardan yayınmaq üçün Ermənistandan bir yol, alət kimi istifadə edir: "Avropa İttifaqı, xüsusilə Fransa və onların təşkilatçılığı ilə Ermənistanla Azərbaycanın şərti sərhədinə gətirilmiş “müşahidəçilər”, beynəlxalq qurumlar bu faktlara niyə göz yumurlar? Ukrayna üzərində vurulmuş Rusiya pilotsuz uçuş aparatlarından Avropada, ilk növbədə Fransa və Kanadada 2022-2024-cü illərdə istehsal olunmuş elementlər aşkar edilirsə, bu nə deməkdir? Beynəlxalq sanksiyalar altında Rusiya bunları necə əldə edib?”.

İqtisadçı xatırladıb ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb: "Bu çağırışlarda Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlandığı, Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, paralel olaraq, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi xüsusi vurğulanmalıdır".

"Dolayısı ilə Ermənistan Rusiyaya xarici ticarətdə “nəfəslik” verməklə, həm də bu ölkənin Ukraynadakı müharibəsini maliyyələşdirir. Bu isə Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir", - F. Yusifov qeyd edib.

Xəbər lenti

Xəbər lenti