Bakı.Trend:
İndoneziyanın Benqkulu əyalətində dövlət proqramı çərçivəsində məktəblərdə pulsuz paylanan qida məhsullarından 400-ə yaxın şagird zəhərlənib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Hamilə qadınlar və uşaqlar üçün pulsuz qida proqramı ökənin prezidenti Prabovo Subiantonun fərmanı ilə işə salınıb. Artıq kütləvi zəhərlənmə insidenti ilə bağlı cinayət işi açılıb. Zəhərlənməyə səbəb olmuş qidalardan müayinə üçün nümunələr götürülüb.
Benqkulu əyalətinin rəsmisi bildirib ki, problemin mənbəyi müəyyən edilənə qədər məktəb mətbəxlərində bütün işlər dayandırılacaq.