Bakı. Trend:
Ermənistanda qaranlıq əməliyyatlar aparmaq üçün Rusiya şirkətlərinin yaradılması ilə bağlı şübhələr var.
Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibədən sonra Ermənistanda rusiyalı iş adamlarının adlarına açılmış yüzlərlə şirkət peyda olub:
"Bu şirkətlərin qaranlıq əməliyyatların aparılması üçün yaradılmasına dair şübhələr var. Birdən-birə Rusiyadan Ermənistana ixracın 75 %-dən çoxunun mirvarilər, qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar kimi məhsullar təşkil etməsinə heç kim cavab vermir”.