...

Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır - Fikrət Yusifov

İqtisadiyyat Materials 3 Sentyabr 2025 11:10 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan sonra Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır.

Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə bildirib.

O, statistik göstəriciləri diqqətə çatdırıb: "Ermənistan Dövlət Statistika Komitəsinin və digər rəsmi qurumlarının açıqladığı məlumatların təhlili üzə çıxarır ki, ötən 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7 milyard 101 milyon ABŞ dollarından 30 milyard 202 milyon ABŞ dollarına çatıb. Bir ölkənin idxalının həcmi ilk növbədə daxili tələbatı ödəmək üçün artırıla bilər".

F. Yusifov Ermənistanın idxalının həcmini bu qədər artıra bilməsinin səbəblərini izah edib: "Ermənistanın rəsmi dövlət statistikasının məlumatlarına əsaslansaq, 2021-ci illə müqayisədə 2024-cü ildə Ermənistanın idxalında ən çox təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların artdığını görmək mümkündür. Bu məhsulların idxalının həcmi 2021-ci ildə cəmi 248,4 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 7,4 milyard ABŞ dollarından çox olub, başqa sözlə, 4 il ərzində onların idxalının həcmi 30 dəfə artıb".

"44 günlük müharibədə ağır məğlubiyyət yaşamış və əhalisi daha acınacaqlı sosial duruma düşmüş bir ölkənin bu qədər zinət məhsulları idxal etməsi pərdələnmiş əməliyyatların aparılmasına dəlalət edir”, - deyə iqtisadçı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti