...

NATO-nun Baş katibi Ukrayna üçün silah sifarişini sürətləndirməyə çağırıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 13:00 (UTC +04:00)
NATO-nun Baş katibi Ukrayna üçün silah sifarişini sürətləndirməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun Baş katibi Mark Rütte alyansa üzv ölkələri ABŞ-dan Ukraynaya silah tədarükünün sifarişini və maliyyələşdirilməsini sürətləndirməyə çağırıb.

Trend xəbər verir ki, Mark Rütte bunu Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“Avropa ölkələrinin maliyyələşdirdiyi 2 milyard avroluq hərbi yardım artıq ABŞ-dan Ukraynaya çatdırılıb. NATO-nun digər ölkələrini də bu səylərə daha fəal qoşulmağa dəvət edirəm”, – deyə Baş katib vurğulayıb.

Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. O, bunun üçün Avropa ölkələrinin tədarükləri maliyyələşdirməsini şərt kimi irəli sürüb.

Xəbər lenti

Xəbər lenti