...

Azərbaycan və AİB arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat Materials 3 Sentyabr 2025 14:52 (UTC +04:00)
Azərbaycan və AİB arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Asiya İnkişaf Bankının (AİB) arasında iqtisadiyyatın bir sıra sahələri üzrə tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən İcraçı direktor xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə AİB arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd edilib.

Görüşdə AİB-nin 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatə edir.

Nazir Sahil Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla aparıldığını bildirib. Həmçinin, “Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı, tullantı sularının idarə olunması və yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, Bakı Metropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənin dəmiryolu infrastrukturunun modernləşməsi istiqamətində AİB-nin dəstəyini qeyd edib.

Öz növbəsində xanım Reyçl Tompson Azərbaycan ilə AİB arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti