...

Moskva metrosunda sərnişinlərə aerozol silahdan hücum olub

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 14:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskva metrosunda kimliyi açıqlanmayan bir şəxs qatarda olan sərnişinlərə aerozol tapançasından atəş açıb. Hadisə “Rijskaya” metro stansiyasında baş verib

Trend xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva şəhəri üzrə Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlanan videogörüntülərdə qara kapüşonlu bir kişinin cibindən tapançaya bənzər əşya çıxararaq qarşıda oturan sərnişinin ayaqlarına atəş açdığı görünür.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti cinayətkarın dərhal saxlanıldığını və hadisənin təfərrüatlarının araşdırılması üçün polis bölməsinə aparıldığını bildirib. Kişi barəsində “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb və ona qarşı həbs qətimkan tədbirir seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti