...

Rusiya Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir - Hüquqşünas

Cəmiyyət Materials 3 Sentyabr 2025 12:27 (UTC +04:00)
Rusiya Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir - Hüquqşünas
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiya Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir.

Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqində hüquqşünas Bayram Sadıqov bildirib.

Onun sözlərinə görə, Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiyanın Ermənistanı qanunsuz ticarət aparmağa təhrik etməsi BMT Baş Assambleyası tərəfindən 28 yanvar 2002-ci ildə qəbul edilmiş Qətnamənin “Beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyəti” bölməsində “Başqa bir dövlətin hərəkəti ilə əlaqədar bir dövlətin məsuliyyəti” başlıqlı IV fəslində “Başqa bir dövlətin beynəlxalq hüquqazidd əməlini törətməsinə rəhbərlik edən və nəzarəti həyata keçirən dövlət, bu əmələ görə beynəlxalq məsuliyyət daşıyır” kimi müddəası Rusiyayaya birbaşa şamil edilməlidir:

"Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq ona qarşı görünməmiş miqyasda genişmiqyaslı sanksiyalar tətbiq edib. Bu günə qədər Rusiyaya qarşı 20 minə yaxın müxtəlif sanksiyalar tətbiq olunub.

Sadalanan tipik sanksiyalara əlavə olaraq, limana giriş qadağaları, uçuş qadağaları, ixrac/idxal qadağaları (məsələn, minerallar, taxta-şalban, dəbdəbəli mallar, yanacaq, mədəni mallar, qızıl, qiymətli metallar və s.), investisiya, ödənişlər və kapitalın hərəkətinə qadağalar, turizm sektoruna məhdudiyyətlər, müdafiə sahəsində əməkdaşlıq qadağaları, təhsillə bağlı məhdudiyyətlər də tətbiq edilir".

Hüquqşünas qeyd edib ki, sanksiyaların pozulması ölkədən və pozuntunun ağırlığından asılı olaraq həm inzibati, həm də cinayət məsuliyyəti, o cümlədən, cərimələr, həbs və əmlakın müsadirəsi ilə nəticələnə bilər.

"Məsələn, Avropa İttifaqında sanksiyalardan yayınma həbslə cəzalandırılır və ABŞ-da sanksiya rejimini pozmaq uzun müddətli azadlıqdan məhrum edilməklə federal cinayətdir", - deyə B.Sadıqov fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti