...

Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub

İqtisadiyyat Materials 3 Sentyabr 2025 14:58 (UTC +04:00)
Ötən ay orta sahibkarlığa verilən kreditlərin həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyul ayının sonuna Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,018 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, iyun ayının sonu ilə müqayisədə 87,2 milyon manat və ya 4,5%, ötən ilin eyni dövrünə nisbətən isə 282,1 milyon manat və yaxud 16,2% çoxdur.

Qeyd edək ki, bu ilin iyulun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,056 milyard manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti