...

Litvada naməlum PUA prezident təyyarəsinin enişinə mane olub

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 13:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva Prezidenti Gitanas Nausedanın da göyərtəsində olduğu Hərbi Hava Qüvvələrinə məxsus “Spartan” təyyarəsinin Vilnüs hava limanına enişi pilotsuz uçuş aparatına (PUA) görə gecikib.

Trend xəbər verir ki, hava limanı yaxınlığında naməlum pilotsuz uçuş aparat aşkar edildikdən sonra Vilnüs aeroportunda aviasiyanın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Uçuşlar yalnız təhlükə aradan qaldırıldıqdan sonra bərpa edilib.

Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən verilən məlumata əsasən, reklam məqsədilə havaya qaldırılan PUA-nın uçuşu müvəqqəti məhdudiyyətləri pozmaqla həyata keçirilib.

Qeyd edək ki, bir müddət öncə Prezident Gitanas Nauseda Litvanın Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynaya göndəriləcək kontingent bir neçə yüz hərbçidən ibarət ola bilər və bu, Litvanın əvvəllər Əfqanıstandakı hərbi missiyada iştirakına bənzəyəcək.

Xəbər lenti

Xəbər lenti