...

Paytaxtda bərk məişət tullantılarının yığılması layihəsinə daha bir rayon da qoşulub (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2025 11:15 (UTC +04:00)
Paytaxtda bərk məişət tullantılarının yığılması layihəsinə daha bir rayon da qoşulub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.

BŞİH-dən Trend-ə verilən məlumata görə, bu layihəyə bu ilin iyun ayından artıq 10-cu rayon – Xəzər rayonu da qoşulub.

Bildirilib ki, bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Bakı şəhər və Xəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrə nümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatı müzakirə edilib,müşahidə olunan müsbət dinamika vurğulanıb.

Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevin tapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiq olunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texniki bazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiq etmək üçün imkan yaradır.

Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrinə işlərin daha da gücləndirilməsi tapşırığı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti