...

Bakıda 26 min manatlıq dələduzluq edənlər saxlanıldı

Cəmiyyət Materials 3 Sentyabr 2025 14:05 (UTC +04:00)
Bakıda 26 min manatlıq dələduzluq edənlər saxlanıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunda iki nəfərə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə zərərçəkənlərə ümumilikdə 26 330 manat maddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti