...

Zərdabda erkən evliliyin qarşısı alındı - Valideynlər və iaşə obyektinin sahibi cərimələndi

Cəmiyyət Materials 3 Sentyabr 2025 16:03 (UTC +04:00)
Zərdabda erkən evliliyin qarşısı alındı - Valideynlər və iaşə obyektinin sahibi cərimələndi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı,valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.

Trend xəbər verir ki, bu sözləri Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında yazıb.

Bildirib ki, Zərdab rayonu Natiq şadlıq sarayında erkən evlilik halının baş verməsi məlumatı daxil olub. Dərhal informasiya aidiyyəti qurumlara ötürülüb,araşdırmalara başlanılıb.

"Məlum olub ki, bəyin 32, gəlinin isə 17 yaşı var. Hər iki tərəfini valideynləri ilə söhbət aparılıb, Bunun qanunvericiliklə qadağan olunduğu izah edilib. Məclisin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib və cərimə olunub",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti