Bakı. Trend:
Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad,
Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba,
Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala,
Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan,
Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və
Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti
13.9-20.7 m/san təşkil edəcək.