Bakı. Trend:
Yəmən ərazisindən İsrailə raket buraxılıb.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata əsasən, hücumla əlaqədar sərhədyanı yaşayış məntəqələrində həyəcan təbili çalınıb.
“İsrailin bir neçə rayonunda havadan hücum təhlükəsi ilə bağlı həyəcan təbili çalındıqdan bir müddət sonra Yəməndən buraxılmış raket zərərsizləşdirilib”, - deyə IDF məlumatına qeyd olunur.
Yəməndə İsraillə münaqişədə olan Husi hərəkatı hələlik raket buraxılışı ilə bağlı yayılan məlumatları şərh etməyib.