Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın maliyyə sektorunda iştirak perspektivləri dəyərləndirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.
Belə ki, Mərkəzi Bankda Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bildirilib ki, görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də, sektorun potensialına dair ətraflı fikir mübadiləsi aparılıb.
"Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanlarını, həmçinin AİB-in ölkənin maliyyə sektorunda iştirak perspektivlərini müzakirə etdik", - deyə paylaşımda qeyd edilib