...

Mərkəzi Bank tərəfindən yeni rəqəmsal platformalar istifadəyə verilib

İqtisadiyyat Materials 3 Sentyabr 2025 17:52 (UTC +04:00)
Mərkəzi Bank tərəfindən yeni rəqəmsal platformalar istifadəyə verilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən yeni informasiya platforması olan veb-sayt və sosial media səhifələri istifadəyə verilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, maliyyə texnologiyaları və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayaraq istifadəçilərə təqdim edir.

Bildirilib ki, istifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, Açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış “KYC” sahələri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır.

"Linkedin" və "Instagram" sosial şəbəkələrində yaradılmış yeni “Fintech_by_cbar” səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkədə və onun hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinin diqqətinə çatdıracaq. Maraqlı məzmunlar və interaktiv formatda paylaşımlar bu sahə üzrə məlumatlılığın artırılmasına töhfə verəcək.

Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir", - deyə məlumatda qeyd edilib.

Rəqəmsal platformalarla tanış olmaq üçün bu linkdən istifadə edin:

fintech.cbar.az

https://www.instagram.com/fintech_by_cbar?igsh=MWFic3Bvd24wajE5bA%3D%3D&utm_source=qr

https://www.linkedin.com/in/fintech-by-central-bank-of-the-republic-of-azerbaijan-a01285380/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti