...

Mikrosahibkarlığa verilən kreditlərin həcmi artıb

İqtisadiyyat Materials 3 Sentyabr 2025 17:57 (UTC +04:00)
Mikrosahibkarlığa verilən kreditlərin həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyul ayının sonuna Azərbaycanda mikrosahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,288 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, iyun ayının sonu ilə müqayisədə 85,6 milyon manat və ya 2,7%, ötən ilin eyni dövrünə nisbətən isə 515,2 milyon manat və yaxud 18,6% çoxdur.

Qeyd edək ki, bu ilin iyulun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,056 milyard manat təşkil edib. Bu isə bir ay əvvəlki göstərici ilə müqayisədə 87,9 milyon manat və ya 0,6% azalma, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən isə 1,1 milyard manat və yaxud 8,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti