Bakı. Trend:
Bütün dünya üzrə futbol klubları yay transfer pəncərəsində oyunçu alışlarına rekord məbləğdə 9,76 milyard dollar xərcləyiblər.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) mətbuat xidməti xəbər verib.
İyunun 1-dən sentyabrın 2-dək olan dövrdə xərclərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 50%-dən çox artıb. Bu dövr ərzində təxminən 12 min beynəlxalq müqavilələr bağlanıb.
İngiltərə klublarının 3,19 milyard dollar xərclədiyi qeyd edilib. Halbuki "Deloitte" konsaltinq şirkətinin hesablamalarına görə, təkcə İngiltərə Premyer Liqa klubları 4 milyard dollar xərcləyib. Ümumi xərclərə görə ikinci yerdə Almaniya klubları (980 milyon dollar), üçüncü yerdə isə İtaliya klubları (950 milyon dollar) qərarlaşıb.