Bakı. Trend:
2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli müdafiəçi komandamızda "3" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm klubun şərəfini qoruyub. "Kimyaçılar"ın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.