Bakı. Trend:
Gürcüstan parlamenti ölkənin əsas müxalifət partiyası hesab olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkə konstitusiyasına zidd elan edilməsi üçün xüsusi qətnamə qəbul edib.
Trend xəbər verir ki, 85 deputat sənədin lehinə səs verib. Bildirilib ki, qətnamə ilə parlamentin müvəqqəti istintaq komissiyasının 2003-2012-ci illərdə hakimiyyətdə olmuş rejimin dövründə törədilmiş cinayət faktlarının yer aldığı 460 səhifəlik hesabatı təsdiqlənib.
Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının parlamentdəki fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bildirib ki, qətnamənin əsasında VMHP-nin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə tutarlı və əsaslı iddia hazırlanacaq.
Xatırladaq ki, VMHP-ni 2001-ci ildə eks-prezident Mixeil Saakaşvili təsis edib və 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub.