Bakı. Trend:
Varşava istəsə, Vaşinqton administrasiyası Polşadakı ABŞ hərbi kontingentini artırmağa hazır olacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O, ABŞ ordusunun Polşada mövcudluğunu davam etdirəcəyini qeyd edib.
"Əgər onlar [Polşa hakimiyyəti] istəsələr, daha çox [hərbi] göndərəcəyik. Onlar uzun müddətdir ki, [ABŞ-ın] daha böyük [hərbi] mövcudluğunu istəyirdilər", - deyə D.Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Onlar Polşada qalacaqlar. Biz Polşaya çox yaxınıq", - deyə D.Tramp Amerika ordusundan danışarkən qeyd edib.