...

Estoniya ABŞ-dən Ukrayna üçün silah alınmasında iştirak edəcək

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 20:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya ABŞ-dən Ukrayna üçün silah alınmasında iştirak edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baltik Respublikasının prezidenti Alar Karis NATO-nun baş katibi Mark Rutte ilə birgə konfransda deyib.

Söhbət Tallinnin NATO-ya üzv ölkələrin könüllü töhfələri hesabına sürətli silah tədarükünü nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsündə iştirakından gedir.

Estoniya lideri bu təşəbbüsü möhtəşəm adlandırıb. Onun sözlərinə görə, Tallin bunu tam dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti