...

Gümüşün qiyməti 42 dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2025 23:03 (UTC +04:00)
Gümüşün qiyməti 42 dolları ötüb

Bakı. Trend:

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük üçün nəzərdə tutulan gümüş fyuçerslərinin qiyməti 2011-ci il sentyabrın 9-dan bəri ilk dəfə bir troya unsiyası üçün 42 dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Bakı vaxtı ilə saat 18:17-yə olan məlumata əsasən, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 42,01 dollar (+1,19%) təşkil edib. Bakı vaxtı ilə saat 18:32-də gümüşün qiyməti öz artımını sürətləndirdi və bir troya unsiyası üçün 42,115 dollar (+1,31%) təşkil edib.

Eyni zamanda, 2025-ci ilin dekabrında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,85% artaraq 1 troy unsiyası üçün 3 627,1 dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti