Bakı. Trend:
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri bir gündə ikinci dəfə İsrail ərazisinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.
O bildirib ki, Qüds bölgəsindəki hədəfə "hipersonik ballistik raket"lə növbəti zərbə endirilib.
Qeyd edilib ki, hücum zamanı "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edilib.
Sariya həmçinin bildirib ki, üsyançı qüvvələr Təl-Əvivdə "kritik hədəfə" pilotsuz uçuş aparatı ilə zərbə endiriblər. Husilərin sözçüsü hər iki hücumun “məqsədlərinə uğurla çatdığını” deyib.
Bundan əvvəl husilər iki ballistik raketlə Təl-Əvivdəki hədəfləri vurduqlarını açıqlamışdı.