Bakı. Trend:
Gələn həftə ABŞ-ın müxtəlif dairələrinin nümayəndələri “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək məqsədilə Ermənistana səfər edəcəklər.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, amerikalı nümayəndələr dəhlizin yalnız texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə yatırılacaq investisiyaların həcmi, prioritetlər və tikinti işlərinin başlanma müddəti mövzuları da gündəmə gətiriləcək.