...

Rusiyada mədəndə qaya çöküb, 1 nəfər yaralanıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 06:06 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Saxa Respublikasının Oymyakon rayonunda mədəndə qaya çökməsi nəticəsində 1 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi xəbər verib.

"Oymyakon rayonunda mədəndə qaya çökməsi, 1 nəfərin yaralandığı barədə məlumat daxil olub. Qayanın çökməsi zamanı bu ərazidə bir nəfər, mədəndə ümumilikdə 55 nəfər olub. İşçi personalının səthə çıxarılması işləri aparılır", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti