Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat məbləğində cərimə edib.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib", - deyə məlumatda qeyd edilib.