Bişkek. Trend:
Qırğızıstan Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş sülh razılaşmalarını dəstəkləyir.
Trend xəbər verir ki, bunu Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek ulu Qırğızıstanda rəsmi səfərdə olan Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşü zamanı deyib.
“Bu tarixi hadisə təkcə iki ölkə arasında dostluğu möhkəmləndirməyəcək, eyni zamanda, Cənubi Qafqazda və bütövlükdə regionda sabitliyə və inkişafa vəsilə olacaq”, - deyə Turqunbek ulu bildirib.
Görüşdə parlament rəhbərləri iki ölkə arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi, həmçinin, parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.