...

Alimlər xərçəng hüceyrələrini enerjidən məhrum edərək parçalayıblar

Cəmiyyət Materials 4 Sentyabr 2025 07:06 (UTC +04:00)
Alimlər xərçəng hüceyrələrini enerjidən məhrum edərək parçalayıblar

Bakı. Trend:

Cənubi Karolina Tibb Universitetinin alimləri xərçəng hüceyrələrinin mitoxondrilərini məhv edən yeni LCL768 preparatı hazırlayıblar.

Trend xəbər verir ki, nəticələr *Cancer Research* jurnalında dərc olunub.

Dərman baş və boyun nahiyəsinin aqressiv yastıhüceyrəli xərçənginə qarşı nəzərdə tutulub. O, seramidin sintetik formasıdır və xərçəng hüceyrələrində mitofagiyanı işə salaraq onların enerji mənbəyini kəsir, həmçinin fumarat molekulunu bloklayır.

Siçanlarda və pasiyent nümunələrində effektivliyi sübut olunan LCL768 hazırda klinik sınaqlara hazırlanır. Alimlər onun müalicəyə davamlı xərçəng formaları üçün yeni ümid olacağını bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti