...

Avropa çempionatı: Türkiyə millisi qrup lideri kimi 1/8 finala yüksəlib

İdman Materials 4 Sentyabr 2025 01:42 (UTC +04:00)

Bakı. Trend:

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının A qrupunda son oyununa çıxıb.

Tend-in məlumatına görə, yığma Serbiya seçməsi ilə üz-üzə gəlib. Latviyanın paytaxtı Riqadakı “Xiaomi Arena”da keçirilən matç Türkiyə millisinin 90:95 hesablı qələbəsi ilə başa çatıb.

Komanda bu nəticə ilə qrup mərhələsini lider kimi tamamlayaraq, 1/8 finala yüksəlib.

Turnirin 1/8 final oyunları sentyabrın 6-7-də, 1/4 final qarşılaşmaları ayın 9-10-da, yarımfinal matçları isə 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti