...

"Everton"un müdafiəçisi millimizlə oyunu buraxacaq

İdman Materials 4 Sentyabr 2025 14:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna seçməsinin heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, sol cinah müdafiəçisi Vitali Mikolenko sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Everton"un futbolçusu klubunda zədə alıb. Onun əvəzinə Kiyev "Dinamo"sundan Vladislav Dubinçak yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması 9 sentyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti