...

Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

İdman Materials 4 Sentyabr 2025 16:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçisi Məhəmməd Musayev yarımfinal görüşünə çıxıb.

66 kiloqram çəkidə mübarizə aparan idmançı gürcüstanlı rəqibi Tornike Qiqauriyə ipponla qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti