Bakı. Trend:
Azərbaycan və Braziliya arasında enerji, mədənçilik, mineral emalı kimi sahələrdə tərəfdaşlıq potensialı dəyərləndirilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, Braziliyada səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu ölkənin Mədənlər və Energetika Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə görüşüb.
Görüşdə Azərbaycanın işgüzar mühiti, energetika sahəsində həyata keçirilən mühüm islahatlar və hədəflər, ölkəmizin bir sıra ölkələrlə birgə tərəfdaş olduğu beynəlxalq investisiya alətləri barədə məlumat verilib, tərəfdaşlıq imkanları qeyd edilib.
Tərəflər enerji, mədənçilik, mineral emalı kimi sahələrdə əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparıb, o cümlədən iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə razılığa gəlib.