Bakı. Trend:
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Argentina ilə vizasız rejim haqqında sazişin imzalanması prosesini dayandırıb.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Daxili Təhlükəsizlik Nazirliyi qərarı artıq sənədi imzalamaq üçün Vaşinqtona gedən Argentina nümayəndə heyətini təəccübləndirib. Nazirlik qeyd edib ki, hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Meyli ilə bağlı korrupsiya qalmaqalı səbəbindən müqavilə bağlamaq mümkün deyil.