Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 83,5 min ton gips məmulatlar istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16,8 min ton və ya 25,2% çoxdur.
Cari ilin avqustun 1-nə hazır məhsul ehtiyatı 2,9 min ton təşkil edib.
Eyni zamanda 2025-ci ilin ilk 7 ayında Azərbaycanda gips məmulatları istehsalının 80,7 min tonunu tikinti gipsi təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 min ton və yaxud 61,4% çoxdur.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.