...

Şərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza yekunlaşdı

Cəmiyyət Materials 4 Sentyabr 2025 12:16 (UTC +04:00)
Şərurlu İsfəndiyarın cinayət işi üzrə məhkəmədə ekspertiza yekunlaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspertizanın yekunlaşdığı və nəticənin məhkəməyə daxil olduğu bildirilib.

Şərurlu İsfəndiyarın vəkilləri prosesdə iştirak etmədiyi üçün proses təxirə salınıb.

Növbəti proses 18 sentyabra təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti